19.07.2022
19.07.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirdi.
Samux rayon 1 saylı körpələrevi-uşaq bağçası ilə birgə “Nağıl saatı “təşkil etdi.
Bu dəfəki görüşdə Uşaq şöbəsinin Multimediya Resusları mütəxəssisi İlahiyyə Sadıqova uşaqlara fonda yeni daxil olan “Cəsur ayı”, “Gizlənpaç”, “Sevimli Tərəvəzlər” nağılları haqqında geniş məlumat verdi. Uşaqlar nağılları həvəslə dinlədilər. Sonra oxunan nağıllar haqqında suallar verildi. Bağça yaşlarında uşaqlar üçün belə “Nağıl saatı” keçirilməsi onların kitabxanaya, kitaba marağını artırır və gələcəkda kitab oxumaları üçün sağlam təməl yaradır.